Xuan Mata Ronaldonun formasını geyəcək
27 Yanvar 2014 19:38 İdman"Mançester Yunayted"in yeni transferi Xuan Matanın geyəcəyi formanın nömrəsi məlum olub.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, klub tarixinin ən bahalı transferi olan ispan yarımmüdfiəçi "MY"nın əfsanəvi oyunçularının geydiyi 7 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, bu nömrəli forma ilə Brayan Robson, Erik Kantona, Devid Bekhem və Kriştiano Ronaldo kimi ulduz futbolçular oynayıb. Ötən mövsüm isə 7 nömrə altında Antoni Valnsiya çıxış etsə də, bu mövsümün əvvəli seçimini 25 nömrədən tərəf edib.
Xatırladaq ki, X.Mata "MY" ilə 4.5 illik müqavilə imzalayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31