Arda Turan Tayfun Korkutu qabaqladı

"Atletiko"nun futbolçusu Arda Turan La Liqada ən çox qol vuran ikinci türk oyunçu olub.
Qol.Az-ın goal.com-a istinadən verdiyi məlumata görə, o, dünən "Rayo Valekano" ilə matçda iki dəfə fərqlənib və İspaniya çempionatında vurduğu qollarını sayını 11-ə yüksəldib. Bununla da Arda 2000-2004-cü illərdə La Liqada oynayan keçmiş futbolçu Taykun Korkutu (9 qol) geridə qoyub.

Qeyd edək ki, bi siyahıda ilk pillədə Nihat Qəhvəçi yer alır. O, 2001-2006-cı illərdə "Real Sosyedad" və "Vilyareal"da ümumlikdə 82 qol vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31