Azad Rəhimov Sabirabadda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov yanvarın 28-də Sabirabad rayonunda vətəndaşları qəbul edəcək. Bu barədə məlumat "OLAYLAR"-a nazirlikdən daxil olub. Bildirilib ki, qəbul  Sabirabad şəhəri Heydər Əliyev prospekti- Heydər Əliyev parkının ərazisində yerləşən  Heydər Əliyev Mərkəzində baş tutacaq. Sabirabad, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonları və Şirvan şəhərindən olan vətəndaşlar iştirak edəcəyi qəbulda Azad Rəhimov vətəndaşları narahat edən bir sıra məsələlərə aydınlıq gətirəcək, onların suallarını cavablandıracaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31