Droqba "Qalatasaray"la müqaviləsini artırdı
"Botafoqo"nun rəhbəri Droqbanın İstanbul təmsilçisi ilə müqaviləsini 2 il müddətinə uzatdığını iddia edib
24 Yanvar 2014 18:54 İdman"Didye Droqba "Qalatasaray"la daha 2 illik müqavilə imzalayıb".Türkiyə mətbuatının verdiyi məlumata görə, bu barədə Braziliya klubu "Botafoqo"nun rəhbəri Maurisio Assumpkao deyib. O, Braziliya mətbuatına açıqlamasında Droqbanın İstanbul təmsilçisi ilə müqaviləsini 2 il müddətinə uzatdığını iddia edib.
Klub rəhbəri Assumpkao dövrə arasında fildişili ulduz ilə görüşdüklərini deyib: "Zedorffun yerinə bir oyunçu axtarırdıq. 2013-cü ilin son günlərində Droqba ilə görüş imkanımız oldu. Onu Braziliyaya gətirməyi düşündük. Droqbanın da bu keçidlə bağlı müsbət reaksiyasını aldım. Ancaq daha sonra "Qalatasaray" ilə 2 mövsümlük bir müqavilə imzaladı". ans