"Barselona"nın prezidenti istefa verdiyini rəsmən açıqladı

"Barselona"nın prezidenti Sandro Rosell istefa verdiyini təsdiqləyib.
Qol.Az-ın məlumatına görə, "BARÇA TV"ə açıqlamasında Neymarın transferində heç bir qanunsuz iş görmədiyini deyən keçmiş prezident Kataloniya klubunun adına zərər verməmək üçün belə bir addım atdığını bildirib: "Təbii ki, burada pis vaxtlarım oldu. Ailəm və mən dəfələrlə təhdidlərə məruz qaldıq. Son günlər haqsız yerə tənqid olundum. Neymarın transferində edilən hər şey düzgün idi. Ancaq klublar üçün gizlilik mühüm məsələdir."Barselona"nın adına zərər gəlməsini istəmirəm. Bu səbəbdən istefa verirəm. Burada çalışan hər kəsə, oyunçulara, məşqçilərə təşəkkürümü bildirirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31