Kapello Rusiya millisi ilə müqaviləni uzatdı

Rusiya Futbol İttifaqı (RFİ) ölkə milli komandasının baş məşqçisi Fabio Kapello ilə müqaviləni yeniləyib. Qol.Az-ın RFİ-nin saytına istinadən yaydığı xəbərə görə, 67 yaşlı italiyalı mütəxəssislə müqavilənin müddəti 2018-ci ilin yayında keçiriləcək dünya çempionatının final mərhələsinin bitəcəyi günə qədər uzadılıb.

Xatırladaq ki, F.Kapellonun RFİ ilə bundan öncəki müqaviləsi 2014-cü ilin iyulun sonunda başa çatırdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31