2014-cü ildə Gənclər paytaxtı hansı şəhər olacaq?

GİN seçimə start verdi

2014-cü ilin "Gənclər Paytaxtı"nın seçiminə start verilib. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a daxil olan məlumata görə, Azərbaycanın "Gənclər Paytaxtı"nın seçilməsində yaşadığı yerindən, vətəndaşlığından, yaşından, milliyətindən asılı olmayaraq hər kəs bərabər hüquqla iştirak edə bilər. Bunun üçün www.genclerpaytaxti.az internet saytına daxil olmaqla 2014-cü ilin "Gənclər Paytaxtı" nı seçmək mümkündür.
Qeyd edək ki, "Gənclər Paytaxtı" "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına müvafiq olaraq 2012-ci ildən başlayaraq hər il həyata keçirilir. Bakı şəhəri istisna olmaqla keçirilən səsvermədə 2012-ci ilin "Gənclər Paytaxtı" Gəncə şəhəri, 2013-cü ilin "Gənclər paytaxtı" isə Biləsuvar şəhəri seçilib. Nazirlikdən bildirilib ki, səsvermə fevral ayının 1-dək davam edəcək. 2014-cü ilin "Gənclər Paytaxtı"nın adı isə 3 fevral 2014-cü il tarixdə Azərbaycan gəncləri günü münasibətilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən keçiriləcək tədbirdə rəsmi şəkildə elan ediləcək.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31