Balotelli Zeedorfu Mourinyoya bənzətdi
23 Yanvar 2014 19:54 İdman"Milan"ın "ərköyün" futbolçusu sayılan Mario Balotelli, indi də baş məşqçisi Klarens Zeedorfu "hədəfə" alıb. Siasport.az saytı xəbər verir ki, ulduz futbolçu hazırkı baş məşqçisini keçmiş çalışdırıcısı Joze Mourinyoya bənzədib. Gənc hücumçu hər iki mütəxəssisin qələbə qazanmaq üçün çox istəkli olduğunu deyib: "Zeedorf da Mourinyo kimi hər matçda qalib gəlməyə çalışır. Ona güvənirik. Əminəm ki, Zeedorf bizə çox kömək edəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31