Radamel Falkao dünya çempionatından kənarda qalacaq?
23 Yanvar 2014 19:49 İdmanDaha bir ulduz futbolçu bu il Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatından kənarda qala bilər. Siasport.az saytı xəbər verir ki, futbol üzrə Fransa Kuboku çərçivəsində aşağı diviziyon klubu olan "Monts Or Azergues"lə qarşılaşmada "Monako"nun ulduz futbolçusu Radamel Falkao ciddi zədə alaraq meydanı xərəkdə tərk edib. Qarşılaşmadan sonra Fransa mətbuatında yer alan xəbərlərdə deyilir ki, ulduz futbolçunun zədəsi olduqca ciddidir və o yayda keçiriləcək dünya çempionatında Kolumbiya millisinin heyətində meydana çıxmaya da bilər. "Monalo"nun həkimləri futbolçunun dünya çempionatında çıxış edib-etməyəcyi barədə konkret fikir söyləməsələr də, durumunun olduqca ciddi olduğunu açıqlayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31