Burak Yılmaz “İnter”də oynaya bilər

"Qalatasaray"ın futbolçusu Burak Yılmaz İtaliya A seriyasında oynaya bilər. Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, "İnter"in yeni sahibi Erik Tohir türk hücumçunu klubunda görmək istəyir. Hücum xəttinə yeni transferlər etmək istəyən "İnter"də B.Yılmazın əsas namizədlərdən biri olduğu bildirilir. Klubun yaxın günlərdə "Cim-Bom"a rəsmi təklif göndərəcəyi gözlənilir.

Qeyd edək ki, "Qalatasaray"ın Burakın "İnter"ə getməsini müsbət qarşılayacağı iddia edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31