Bədii gimnastika üzrə Avropa çempionatının loqotipi təqdim olunub
Çempionat hazırda tikinti işlərinin tamamlanma mərhələsində olduğu Milli Gimnastika Arenasında keçiriləcək
23 Yanvar 2014 09:54 İdmanBu il iyunun 13-15-də Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının loqotipi Təşkilat Komitəsinin sonuncu iclasında təqdim olunub.ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycan Gimnastika Federasiyasından bildirilib.Loqotip Bakının coğrafi mövqeyini əks etdirir və dəniz rəngindədir.Avropa çempionatı hazırda tikinti işlərinin tamamlanma mərhələsində olduğu Milli Gimnastika Arenasında keçiriləcək.Çempionata 30-dan çox ölkənin nümayəndə heyətinin qatılacağı gözlənilir. Çempionatda 9 mükafat dəsti oynanılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31