“Rubin” heç-heçə etdi, Abışov bir hissə oynadı

Türkiyədə təlim-məşq toplanışında olan "Rubin" bu gün növbəti yoxlama oyununu keçirib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Kazan təmsilçisinin rəqibi Bolqarıstan çempionu "Luqodorets" olub. 1:1 hesabı ilə yekunlaşan bu oyunda Azərbaycan millisinin futbolçusu Ruslan Abışov da iştirak edib. O, 46-cı dəqiqədə Kuzminin əvəzinə oyuna daxil olub və ikinci hissəni bütünlükdə meydanda keçirib.

Qeyd edək ki, matçda hesabı 56-cı dəqiqədə Muxametşin açıb, 90-cı dəqiqədə Mantila bolqarların cavab qolunu vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31