"Mançester Yunayted" iki ulduz futbolçunu transfer etmək istəyir
22 Yanvar 2014 18:58 İdmanİngiltərə Premyer Liqasında işləri yaxşı getməyən "Mançester Yunayted", heyətini gücləndirməyə qərar verib. Siasport.az saytı xəbər verir ki, Aleks Fergusyonun gedişindən sonra tam iflas həddinə qədər gəlib çıxan "qırmızı şeytanlar"ı lider "Arsenal" ilə 16 xallıq fərq ayırır. Bütün bunları aradan qaldırmaq istəyən komanda rəhbərliyi, heyəti yeni futbolçularla gücləndirməydə israrlıdır. Belə ki, ingilis mətbuatı "Mançester Yunayted"in "Çelsi"dən Matanı və və "PSJ"də forma geyən uruqvaylı Covanni üçün danışıqlara başladığını yazır. Mətbuat hesab edir ki, "PSJ"də daha çox ehtiyatda qalan Covanni də son İngiltərə çempionuna transfer olmaqda maraqlıdır. Məlumata əsasən, "qırmızı şeytanlar" Mata üçün 37 milyon avro, Covanni üçün isə 19 milyon avro ödməyi planlaşdırır.