Ömər Topraq "Qalatasaray"a keçir?

İstanbulun "Qalatasaray" futbol klubu daha bir transfer reallaşdırmağa hazırlaşır. Siasport.az saytı xəbər verir ki, "cim bom" bir neçə transferin ardınca daha bir futbolçunu heyətinə qatmağa hazırlaşır. Belə ki, İstanbul klubu Almaniyanın "Bayer Liverkusen" futbol klubunda forma geyən Ömər Topraqla heyətini gücləndirməyə hazırlaşır. "Milliyet" iddia edir ki, "Qalatasaray"ın transfer təklifini rədd edən alman klubuna İstanbul təmsilçisi daha bir sərfəli təklif göndərib. Belə ki, futbolçunun bütün transfer hüquqlarına yiyələnmək istəyən "Qalatasaray" bunun üçün qarşı tərəfə tam 8 milyon avro təklif edib. Xəbərə əsasən, "Qalatasaray"ın idarə heyətinin üzvləri olan Bülənd Tulun və Erdal Keser Almaniya təmsilçisi ilə yenidən danışıqlar masasına əyləşməyə hazırlaşırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31