Ronaldo Messi və "Qızıl top" barədə danışdı
22 Yanvar 2014 19:29 İdmanMadrid "Real"ının portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldo, "Barselona"nın argentinalı ulduz futbolçusu Leonel Messi barədə danışıb. Siasport.az saytı xəbər verir ki, kral klubunun ulduz futbolçusu "France Football" dərgisinə açıqlamasında bildirib ki, həttda anası belə onun "Qızıl top" mükafatını qazanacağına inanmırmış:"Hər kəs "Qızıl top"u kimin qazanacağı barədə fikirlər bildirirdi. Bəziləri bu mükafatın mənə, bəziləri isə Frank Riberiyə veriləcəyini düşünürdü. Hətta anam belə məndən "qızıl top"u qazanacaqsanmı?" deyə soruşardı. İndi çox rahatam". Daha da yaxşı formada olmasının səbəbləri haqda danışan portuqaliyalı hücumçu bildirib ki, sadəcə Messinin deyil, Suarez, İnyesta, Neymar, Beyl, Kosta, Falkao kimi futbolçuların oyunları ona yaxşı mənada təsir edir: "Səviyyə nə qədər yuxarı qalxarsa, mən də daha yaxşı olmağa çalışıram. Messi il rəqabətimiz göz qabağındadır. İkimiz də komandalarımızın uğur əldə etməsini istəyirik".