Yuri Syomin: "Hələ tam hazır olmayan futbolçularımız var"
21 Yanvar 2014 18:57 İdman"Spartak"la oyun digər matçlarımızdan yaxşı oynamamağımızla fərqlənir. Bu, oyun keyfiyyətləri ilə bağlıdır. Hər halda, biz qarşımızda duran vəzifəni yerinə yetiririk və oyunun nəticəsi heç bir rol oynamır". Apasport.az saytının məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Yuri Syomin deyib.
Syomin Qazaxıstanın "Spartak" klubu ilə yoxlama oyunundan sonra matçla bağlı fikirlərini açıqlayıb. Rusiyalı mütəxəssis qarşılaşmanı Antalyada keçirilən digər 3 görüşlə müqayisə edib. Onun sözlərinə görə, düşərgəyə gec qoşulan braziliyalı Leonardo və nigeriyalı Afolabi hələ tam hazır deyil: "Fiziki hazırlıq üzərində çalışmaları davam etdiririk. Səhər məşq etdik, axşam isə oynadıq. Gənc futbolçularımıza özlərini göstərmələrinə şərait yaratdıq. Hələ tam hazır olmayan futbolçularımız da var ki, bunlar Leonardo da Silva ilə Abdulvahid Afolabidir. Onlara da oynamağa imkan verdik".
Syomin qarşıdakı oyunlarda rəqibləri ona yaxşı tanış olan Rusiya klubları - "Volqa" və "Torpedo" ilə matçlara böyük önəm verir. Onun fikrincə, həmin bu matçlarda daha optimal, qış fasiləsindən sonra çempionata başlayacaq heyət müəyyənləşəcək.
Qeyd edək ki, "Qəbələ" Nijni-Novqorod "Volqa"sı ilə yanvarın 22-də, Moskva "Torpedo"su ilə isə bundan 2 gün sonra qarşılaşacaq.