Balotelli: "Qalatasaray"ın "Yuventus"u məğlub etməsinə sevindim"

"Milan"ın futbolçusu Mario Balotelli Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"ın "Yuventus"u məğlub edərək mübarizədən kənarlaşdırmasına çox sevinib.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə italiyalı hücumçunun özü açıqlamasında deyib. Gənc oyunçu sözgedən qarşılaşmada hansı komandanı dəstəklədiyi ilə bağlı sualı belə cavablandırıb:  "Qalatasaray" - "Yuventus" matçının son 60 dəqiqəsini izlədim. İtaliya millisində oynayıram. "Yuventus" A seriyasında rəqibimizdi, amma orada yığmadan komanda yoldaşlarım var. Roberto Mançini də keçmiş baş məşqçimdi. Ondan çox öyrənmişəm. Düzü, matçı izləyərkən əvvəlcə tərəfsiz idim. Ancaq Sneyder qol vurandan sonra "Yuventus" üçün heç təəssüflənmədim. Mançininin çalışdırdığı komandanın qrupdan çıxmasına sevindim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31