Messi: "Neymar "Barselona" üçün vacib oyunçudur"
17 Yanvar 2014 19:46 İdman"Barselona" klubunun hücumçusu Lionel Messi ölkə kuboku çərçivəsində "Qetafe" ilə keçirilən görüşdə zədələnən komanda yoldaşı Neymar haqda danışıb.
Qol.Az-ın məlumatına görə, argentinalı futbolçu Neymarın "Barselona" üçün vacib oyunçu olduğunu bildirib:
"Neymarın zədəsi qorxulu idi. O, bir neçə tibbi müayinədən keçəcək. Ümid edirəm ki, ciddi bir şeyi olmayacaq. Çünki Neymar "Barselona" üçün vacib oyunçudur. Özümə gəlincə isə yaxşı formadayam. Ancaq özümü daha yaxşı hiss etməliyəm. Bunun üçün də mənə vaxt lazımdır".
Qeyd edək ki, səfərdə "Qetafe"ni 2:0 hesabı ilə məğlub edən "Barselona"nın heyətində hər iki qolu Messi vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31