Xavi "Barselona"da 700-cü matçına çıxdı
17 Yanvar 2014 19:20 İdman"Barselona"nın futbolçusu Xavi Hernandez Kataloniya klubu ilə 700-ci rəsmi matçına çıxıb.
Qol.Az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi İspaniya kubokunda "Qetafe" ilə cavab qarşılaşmasında 70-ci dəqiqədə oyuna daxil olub. Bu görüş onun karyerasında yubiley matçı olub.
Qeyd edək ki, "Barsa"nın ən çox forma geyinən futbolçusu olan Xavi Kataloniya klubunda ilk oyununa 1998-ci ildə çıxıb. 34 yaşlı yarımmüdafiəçi indiyə kimi 83 qol vurub. O, "Barsa" ilə 21 kubok qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31