Neymar zədələndi
17 Yanvar 2014 19:15 İdman"Barselona"nın futbolçusu Neymar zədələnib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı məlumata görə, bu, Kataloniya klubunun ölkə kubokunda "Hetafe" ilə oynadığı cavab qarşılaşmasında baş verib. Matçın 22-ci dəqiqəsində ayağından problem yaşayan braziliyalı hücumçu oyuna davam edə bilməyib. Onu Aleksis Sançes əvəzləyib.
Neymarın zədəsinin ciddi olub-olmaması bu gün tibbi müayinədən keçdikdən sonra məlum olacaq.
Qeyd edək ki, "Barsa" ilk oyunda 4:0, ikinci matçda isə 0:2 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqə qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31