Arda Turan: "Atletiko"dan ayrılmağı düşünmürəm"
16 Yanvar 2014 18:17 İdman"Atletiko" (Madrid) klubunun yarımmüdafiəçisi Arda Turan haqqında çıxan transfer xəbərlərinə münasibət bildirib.
Qol.Az-ın məlumatına görə, "AS" qəzetinə danışan türkiyəli futbolçu Madrid klubundan ayrılmaq istəmədiyini deyib:
"Atletiko"dan gedəcəm? Mənim hələ klubla 3 illik müqaviləm var. Madriddə xoşbəxtəm və yalnız komandanın oyunlarına köklənmişəm. Burada özümü çox rahat hiss edirəm və geniş ailəyə sahibəm. Ona görə klubdan ayrılmağı düşünmürəm".
Qeyd edək ki, Arda 2011-ci ildə "Qalatasaray"dan "Atletiko"ya transfer olunmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31