Zeedorf rəsmən "Milan"ın baş məşqçisi oldu

"Milan" klubunun yeni baş məşqçisinin adı rəsmiləşib.
Qol.Az-ın məlumatına görə, Milan təmsilçisini klubun sabiq futbolçusu Klarens Zeedorf çalışdıracaq.
37 yaşlı Zeedorf "Milan"la 2,5 illiyinə müqavilə imzalayıb. Zeedorfun köməkçilərinin Ernan Krespo və Yap Stamın olacağı gözlənilir.
Qeyd edək ki, 2002-2012-ci illərdə "Milan"ın şərəfini qoruyan hollandiyalı futbolçu son olaraq "Botafoqa" klubunda çıxış edib. Zeedorf "Milan"ın baş məşqçi vəzifəsində Massimiliano Alleqrini əvəzləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31