Zidan diplomlu mütəxəssis oldu
16 Yanvar 2014 16:04 İdmanMadrid "Real"ının baş məşqçisinin köməkçisi, Fransa yığmasının əfsanəvi yarımmüdafiəçisi Zinəddin Zidan "Limojda" Hüquq və İdman İqtisadiyyatı Mərkəzində iki illik təlim kursunu başa vurub. Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.
Z.Zidan ona peşəkar klubun baş meneceri olmağa icazə verən diplom alıb.
Digər məşhur fransız futbolçu Olivye Dakur da Zinəddinlə eyni kursda təhsil alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31