Sneyder "Tottenhem"in hədəfində
16 Yanvar 2014 18:55 İdman"Qalatasaray"ın futbolçusu Uelsi Sneyder daha bir İngiltərə klubunun maraq dairəsinə düşüb.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, hollandiyalı oyunçunu "Tottenhem" transfer etmək istəyir. "Yuventus"un futbolçusu Andre Pirlonu heyətinə qata bilməyən Premyer Liqa təmsilçisinin yarımmüdafiə xəttini Sneyderlə gücləndirmək istədiyi bildirilir. Bununla bağlı yaxın günlərdə klubun futbolçuya təklif göndərəcəyi gözlənilir.
Qeyd edək ki, Sneyderlə "Mançester Yunayted"in də maraqlandığı iddia edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31