"Qalatasaray" ciddi itki ilə üzləşib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ölkə kubokunda "Tokatspor"la matçda komandanın portuqaliyalı futbolçusu Bruma zədələnib. Zədəsi ciddi olan gənc oyunçunun mövsümü erkən başa vurduğu bildirilib.
Qeyd edək ki, Bruma ötən ilin oktyabr ayında İstanbul klubuna transfer olunmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31