Türkiyədə futbolunda gözlənilən istefa

İstefa qərarından sonra “Gaziantepspor”un futbolçuları ilə vidalaşan Yalçın artıq İstanbula gedib

Türkiyə futbolunda gözlənilən istefa baş verdi. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi xəbərə görə, "Gaziantepspor"un baş məşqçisi, Türkiyə yığmasının sabiq üzvü Sergen Yalçın tutduğu vəzifədən istefa verib.

İstefa qərarından sonra "Gaziantepspor"un futbolçuları ilə vidalaşan Yalçın artıq İstanbula gedib.

Sergen Yalçının bu vəzifəyə başlamasından sonra "Gaziantepspor"da fəallıq qeydə alınıb, komanda keçirdiyi 6 qarşılaşmadan 4-dən qalib, 1-dən heç-heçə, 1-dən isə məğlubiyyətlə ayrılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31