Vüqar Həşimovun ölümü müxalifəti də sarsıdıb
15 Yanvar 2014 15:21 İdmanAzərbaycan Demokrat Partiyasının mərkəzi qərargahında "Qarabağ" blokunun bu il üçün ilk toplantısı keçirilib. Blokun mətbuat xidmətindən "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, iclasda ölkənin ictimai-siyasi, eləcə də iqtisadi həyatında baş verən bir sıra məsələlər, regiondakı vəziyyət barədə fikir mübadiləsi aparılıb. Blok iştirakçıları Azərbaycan şahmatçısı, şahmat üzrə beynəlxalq qrossmeyster Vüqar Həşimovun vaxtsız vəfatından dərin üzüntü keçirdiyini bildirib və onun vəfatı ilə əlaqədar doğmalarına, eləcə də xalqımıza başsağlığı verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31