Messi qırmızı geyindi, bir milyon qazandı
15 Yanvar 2014 19:45 İdmanXəbər verdiyimiz kimi, "Barselona"nın futbolçusu Lionel Messinin "Qızıl top"un təqdimetmə mərasimindəki geyimi diqqəti çəkmişdi.
Qol.Az-ın sporx.com-a istinadən verdiyi məlumata görə, argentinalı hücumçunun qırmızı rəngli geyimi sponsoru olduğu "Dolce&Gabbana"ya məxsusdur. Onun qiyməti 1500 avrodur. Messinin bu kostyumu geydiyi üçün isə 1 milyon avro aldığı bildirilib.
Qeyd edək ki, "Qızıl top"un sahibi Kriştiano Ronaldo isə mükafatın təqdimetmə mərasimində qiyməti 3 min avro olan "Dsquared' markasından istifadə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31