Əmrə Bəlözoğlu qayıdır
15 Yanvar 2014 19:27 İdmanAyağındakı zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalan "Fənərbaxça"nın futbolçusu Əmrə Bəlözoğlunun durumu yaxşılaşıb.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 33 yaşlı yarımmüdafiəçi dünən komandanın məşqlərində iştirak edib. Ancaq o, yüngül hərəkətlərlə kifayətlənib.
Qeyd edək ki, Ə.Bəlözoğlu ötən ilin noyabr ayında komandanın məşqində zədələnmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31