Platini: "Riberinin "Qızıl top"u almaması düzgün deyildi"
14 Yanvar 2014 19:30 İdmanUEFA prezidenti Mişel Platini "Qızıl top"u Kriştiano Ronaldonun qazanmasından məmnun qalmayıb. Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, o, mükafata Frank Riberinin layiq olduğunu deyib: "Qarşıdakı illərdə yenə sadəcə Messi və Ronaldo favorit olacaq. "Qızıl top"un verildiyi 50 il ərzində qazanılan kubok və çempionluqlara önəm verilirdi. Ancaq artıq buna diqqət edilmir. Riberinin bütün kubokları qazanmağına baxmayaraq, "Qızıl top"u almaması düzgün deyildi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31