Vüqar Həşimovla vidalaşırıq

Mərhum qrossmeysterlə saat 15:00-dək davam edəcək vida mərasimindən sonra Vüqar Həşimov ikinci Fəxri Xiyabanda torpağa tapşırılacaq

Bir neçə gün öncə Almaniyada xəstəlik nəticəsində vəfat edən azərbaycanlı qrossmeyster Vüqar Həşimovla vida mərasimi keçirilir. Şahmatçı ilə vida mərasimi Respublika Şahmat Mərkəzində təşkil edilib. Artıq insanlar Şahmat Mərkəzinə axın edərək sevimli şahmatçı ilə vidalaşmağa tələsirlər. Mərasim saat 15.00-dək davam edəcək. Şahmatçı ikinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanan Vüqar Həşimov 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub.
Beynəlxalq dərəcəli qrossmeyster bu il yanvarın 11-də Almaniyanın Heydelberq şəhərindəki klinikada dünyasını dəyişib.
Allah rəhmət eləsin!  ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31