Vüqar Həşimovun cənazəsi Bakıya gətirildi
Mərhumun cənazəsini Heydər Əliyev Beynəlxalq Aeroportunda şahmatçının yaxınları və ölkə idman ictimaiyyətinin nümayəndələri qarşılayıblar
14 Yanvar 2014 10:14 İdmanMəşhur şahmatçı, ölkə və Avropa çempionu, beynəlxalq dərəcəli qrossmeyster Vüqar Həşimovun cənazəsi Azərbaycana gətirilib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda cənazəni mərhum şahmatçının yaxınları və ölkə idman ictimaiyyətinin nümayəndələri qarşılayıblar.Xatırladaq ki, Vüqar Həşimovla vida mərasimi bu gün Respublika Şahmat Mərkəzində saat 11.00-dan 15.00-dək təşkil olunacaq. Şahmatçı ikinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.Beynəlxalq dərəcəli qrossmeyster bu il yanvarın 11-də Almaniyanın Heydelberq şəhərindəki klinikada dünyasını dəyişib.Allah rəhmət eləsin!
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31