"Arda müsəlmən dünyasının yeni Məhəmməd Əlisidir"

İspaniyanın "El Pais" qəzeti "Atletiko"nun futbolçusu Arda Turan haqda müsbət fikirlər səsləndirib. Qol.Az-ın məlumatına görə, türk yarımmüdafiəçinin daha da inkişaf etdiyini yazan qəzet onu boks dünyasının əfsanədi Məhəmməd Əliyə bənzədib: "Arda müsəlmən dünyasının yeni Məhəmməd Əlisidir".

Qəzet həmçinin yazıb ki, A.Turan Madrid klubunun ən sürətli və önəmli oyunçusudur: "O, "Barselona" ilə matçda necə bir futbolçu olduğunu bir daha nümayiş etdirdi. Arda finalların və böyük matçların adamıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31