Xavi ABŞ-da oynaya bilər

"Barselona"nın futbolçusu Xavi Hernandes mövsümün sonunda Kataloniya klubundan ayrıla bilər. Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Amerikanın "Nyu-York Red Bullz" klubu ispan yarımmüdafiəçini transfer etmək istəyir. Artıq bununla bağlı rəhbərliyin "Barsa" ilə danışıqlara başladığı bildirilib.

Kataloniya klubunun isə Xavinin transferinə icazə verəcəyi iddia edilir.

Qeyd edək ki, tərəflər arasında hələlik ilkin razılaşma əldə olunmayıb və danışıqlara hazırda davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31