Vüqar Həşimov 3-cü Fəxri Xiyabanda dəfn olunacaq

Mərhum şahmatçı Vüqar Həşimovla vida mərasimi yanvarın 14-də olacaq. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a daxil olan məlumata görə, Vüqar Həşimovla vida mərasimi Baki Şahmat Mərkəzində baş tutacaq. Dövlət və hökumət rəsmiləri, millət vəkilləri və müxtəlif idman federasiyalarının nümayəndələri vida mərasimində iştirak edəcək. Vüqar Həşimov 3-cu Fəxri Xiyabanda torpağa tapşırılacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31