"Milan" Alleqri ilə yolları ayırır
13 Yanvar 2014 19:11 İdman"Milan" klubu baş məşqçi Massimiliano Alleqri ilə mövsümün sonu deyil, daha tez yolları ayırmağı planlaşdırır. Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, komandanın A seriyasının son oyunda "Sassuolo"ya məğlub olması klubun yeni vitse-prezidenti Barbara Berluskonini əsəbiləşdirib.
O, matçdan sonra jurnalistlərə açıqlamasında təcili məşqçi dəyişikliyi edilməli olduğunu deyib. Bu gün M.Alleqri ilə yolların ayrıldığının açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Alleqri son açıqlamalarının birində mövsümün sonu "Milan"dan gedəcəyini demişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31