"Messi bir qol vursa belə, Ronaldodan daha yaxşıdır"
13 Yanvar 2014 19:03 İdman"Mançester Siti" klubunun hücumçusu Serxio Aquero Argentina millisindəki komanda yoldaşı Lionel Messi haqda müsbət fikirlər səsləndirib. Qol.Az-ın məlumatına görə, ESPN-ə danışan Aquero həmyerlisinin bu axşam 5-ci dəfə "Qızıl top"u qazanacağına inandığını bildirib: "Messi hazırda dünyanın ən yaxşı futbolçusudur. Məncə, "Qızıl top"u yenə o qazanacaq. Ronaldo ötən il "Real"da əla mövsüm keçirdi. Ancaq Messi mövsüm boyu bir qol vursa belə, Ronaldodan daha yaxşıdır".
Qeyd edək ki, "Qızıl top"un yeni sahibinə bu axşam aydınlıq gələcək. Mükafat uğrunda Ronaldo, Messi və Riberi mübarizə aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31