Mançini "Qalatasaray"dan ayrılacaq?
10 Yanvar 2014 18:26 İdmanİtaliya mətbuatı "Qalatasaray"ın baş məşqçisi Roberto Mançininin yanvar ayının sonlarında komandadan ayrılacağını iddia edir.
Qol.Az-ın məlumatına görə, italiyalı mütəxəssisin İstanbul klubunda xoşbəxt olmadığı bildirilir.
Mançininin istədiyi futbolçular komandaya transfer edilsə belə, 49 yaşlı mütəxəssisin "Qalatasaray"dan ayrılacağı gözlənilir. Onun yenidən İngiltərə Premyer Liqasına qayıdacağı istisna olunmur. İngiltərənin "Tottenhem" klubu Mançininin xidmətində maraqlıdır. Tərəflər arasında razılıq əldə olunarsa, təcrübəli mütəxəssis fevral ayından "Tottenhem"i çalışdıracaq.
Qeyd edək ki, Mançininin "Qalatasaray"la 2016-cı ilə qədər müqaviləsi var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31