Natxo "Qalatasaray" və "Olimpiakos"un hədəfində

"Rubin" (Kazan) klubunun futbolçusu Bibars Natxo qış transfer pəncərəsi dönəmində komandadan ayrıla bilər. Qol.Az-ın "Sportbox.ru" saytına istinadən verdiyi məlumata görə, israilli futbolçu ilə "Olimpiakos" və "Qalatasaray" klubları yaxından maraqlanır. 
Yunanıstan təmsilçisi artıq Natxoya rəsmi təklif göndərib. Bununla belə, futbolçunun meneceri "Qalatasaray" klubu ilə də danışıqlar aparır. 25 yaşlı futbolçunun hansı qərarı verəcəyi böyük maraqla gözlənilir.

Qeyd edək ki, Natxo 2010-cu ildən "Rubin"in şərəfini qoruyur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31