Kosta: "Messini zərərsizləşdirə bilərik"
10 Yanvar 2014 18:32 İdmanİspaniyanın "Atletiko Madrid" klubunun forvardı Dieqo Kosta həftə sonu "Barselona" ilə keçiriləcək oyundan əvvəl İspaniya mətbuatına fikirlərini bildirib. Dieqo Kosta İspaniya Milli Komandasını seçdiyinə görə şad olduğunu bildirərək "İspaniya milli yığmasında oynayacağıma görə özümü çox şanslı hesab edirəm. Ümid edirəm ki, hər şey qaydasında gedər və məni bu qərarıma görə qınayanlara da dərs olar" deyə bildirib. "Barselona" matçı ilə əlaqədar olaraq "Çətin bir oyun gözlənilir. Meydanda dünyanın ən güclü oyunçuları mübarizə aparacaq. Ancaq biz öz meydanımızda mübarizə aparacağıq və bu vəziyyət "Barselona" üçün vəziyyəti çətinləşdirə bilər. Həmçininn bu oyunda xal itirmək dünyanın sonu demək deyil. Ancaq biz onu öz azarkeşlərimzin qarşısında məğlub edib lider ola bilsək çox fantastik vəziyyət yaranacaq" deyə bildirib. "Barselona"nın argentinalı ulduzu Linonel Messiyə də diqqət çəkən Dieqo Kosta "Messi Messidir. Zədəsi olduğu müddətdə bir çox futbolçular onu gözlədilər. Onun bizə qarşı oynaya bilməsi çox gözəldir. Biz onun qarşısını almaq üçün hər şeyi edəcəyik. "Atletiko Madrid"də Messini durduracaq bir çox oyunçu var" deyə bildirib.("OLAYLAR" İA)