Kurtua: "Barselona" ilə oyuna tam hazırıq"

"Atletiko" (Madrid) klubunun qapıçısı Tibo Kurtua La Liqanın növbəti turu çərçivəsində qarşılaşacaqları "Barselona" ilə oyun haqda danışıb. Qol.Az-ın məlumatına görə, belçikalı qolkiper "Barselona" ilə oyuna tam hazır olduqlarını bildirib: 
"Bizi böyük oyun gözləyir. "Barselona"nın oyunlarını izləmişik. Baş məşqçi Dieqo Simeone rəqibin zəif və üstün cəhətlərini özü üçün müəyyən edib. Artıq oyuna tam hazırıq. Əsas odur ki, müdafiədə etibarlı oynayaq və lazım gəldikdə hücuma çıxmalıyıq".

Qeyd edək ki, "Atletiko" - "Barselona" oyunu şənbə günü, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31