Braziliyalı futbolçunun "Qalatasaray"a transferi baş tutmadıA A A
10 Yanvar 2014 19:46 İdman"Qremio"nun futbolçusu Aleks Tellesin "Qalatasaray"a transferi baş tutmayıb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə İstanbul klubunun prezidenti Ünal Aysal özü bildirib. O deyib ki, müqavilədə şərtlərində hər iki tərəfin razılaşmadığı bəzi məqamlar olduğu üçün braziliyalı yarımmüdafiəçinin "Cim-bom"a keçidi alınmayıb: "Bu səbəbdən artıq digər futbolçuların transferi ilə bağlı danışıqlara hazırlaşırıq".
Qeyd edək ki, bu transferin baş tutmamasının "Qalatasaray"ın çalışdırıcısı Roberto Mançinin narazılığına səbəb olduğu iddia edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31