Ronaldinyo məsələsinə son qoyuldu
10 Yanvar 2014 10:19 İdman"Beşiktaş"ın transfer hədəfində olan məşhur braziliyalı futbolçu Ronaldinyo klubu "Atletiko Mineyro" ilə müqaviləni yeniləyib.
Milli.Az dailysport-a istinadən xəbər verir ki, bu barədə klub prezidenti Aleksandre Kalil "Twitter"dəki şəxsi hesabından açıqlama verib. Anlaşmanın detalları ilə bağlı hələlik heç bir məlumat verilməyib.Ronaldinyo 2012-ci ildən "Atletiko Mineyro"da oynayır. "Beşiktaş"ın təcrübəli futbolçu ilə razılığa gəldiyi iddia edilirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31