Çerçesov "Rubin"dən imtina etdi
9 Yanvar 2014 19:43 İdman"Amkar"ın baş məşqçisi Stanislav Çerçesov "Rubin" (Kazan) klubunu çalışdırmaqdan imtina edib. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 50 yaşlı mütəxəssis Kazan təmsilçisinin baş məşqçi vəzifəsinə əsas namizəd olsa da, Çerçesov "Amkar"da işləməyi üstün tutub.
"Rubin"in baş məşqçi vəzifəsinə digər iki namizəddən biri "Qəbələ"nin hazırkı çalışdırıcısı Yuri Syomindir. Digər namizədin isə ispaniyalı mütəxəssis olduğu bildirilir.
Qeyd edək ki, 2001-ci ildən "Rubin"i çalışdıran Qurban Berdıyev ötən ay istefaya göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31