Məsut Özil Almaniyanın ən yaxşısı seçildi

"Arsenal"ın və Almaniya millisinin futbolçusu Məsut Özil öz ölkəsində mükafatlandırılıb. Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, türkəsilli yarımmüdafiəçi ard-arda üçüncü dəfə ölkə millisinin ən yaxşı futbolçusu seçilib. O, səslərin 30 faizini yığaraq Filipp Lam və Tomas Müller kimi oyunçuları geridə qoyub.

M.Özil bu mükafatı qazandığı qürur hissi keçirdiyini deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31