Qvardiola: "Robbenə aşiq oldum"
9 Yanvar 2014 19:27 İdman"Bavariya" klubunun baş məşqçisi Pep Qvardiola futbolçusu Aryen Robben haqda xoş sözlər deyib. Qol.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis hollandiyalı futbolçunun inanılmaz dərəcədə peşəkar olduğunu bildirib:
"Robben zədələnənə qədər əla oyun nümayiş etdirdi. Komandamda mükəmməl formada olan futbolçulardan biridir. Məşqçilik karyeramda Robben kimi inanılmaz peşəkar 1-2 futbolçu gördüm. Onunla fəxr edirəm. Peşəkar olduğu üçün də ona aşiq oldum".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31