Sneyder: "Hiddink Hollandiya millisi üçün düzgün seçimdir"

"Qalatasaray"ın və Hollandiya millisinin futbolçusu Uelsli Sneyder yığmanın başına keçəcəyi gözlənilən Quus Hiddink haqda danışıb. Qol.Az-ın məlumatına görə, "De Telegraaf"a açıqlamasında təcrübəli yarımmüdafiəçi Q.Hiddinkin milli komanda üçün düzgün seçim olduğunu deyib: "Hiddinki tanıyıram. O, çox yaxşı insan olmaqla yanaşı, həm də güclü çalışdırıcıdır. Hollandiya millisinin başına gəlməsi üçün Hiddink çox düzgün seçimdir".

Qeyd edək ki, hazırda yığmanı çalışdıran Lui van Qalın DÇ-2014-ün başlamasına qədər komandadan ayrılacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31