Martino: "Meydanda ən yaxşı Fabreqas idi"
9 Yanvar 2014 23:44 İdman"Barselona" klubunun baş məşqçisi Xerardo Martino İspaniya kuboku çərçivəsində dünən "Qetafe" ilə baş tutan görüşdən sonra fikirlərini bölüşüb. Qol.Az-ın məlumatına görə, argentinalı mütəxəssis bu oyunda layiqli qələbə qazandıqlarını bildirib: "Qetafe" bizə qol vura bilərdi. Ümumiyyətlə bu komanda bizə çətin anlar yaşatdı. Ancaq futbolçularımın əla oyunu sayəsində layiqli qələbə qazandıq. Meydanda ən yaxşı Fabreqas idi. Messiyə gəlincə o artıq sıraya dönüb və özünü yaxşı hiss edir. Onun vurduğu qollar da "Barselona" üçün etdiklərinin nəticəsidir".
Qeyd edək ki, "Barselona" - "Qetafe" oyunu 4:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31