TÜSİAB X Mini Futzal Turniri başa çatdı

Azərbaycan Türk Sənaye və İşadamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) AFFA və Azərbaycan Futzal Federasiyası ilə sıx əməkdaşlığı çərçivəsində Türkiyənin 90 illiyinə həsr edilmiş 10-cu ənənəvi Mini Futzal Turnirinə yekun vurulub.Tədbirin açılışında Vətənimizin müstəqilliyi uğrunda şəhid olanlar və ulu öndərlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilərək hər iki dövlət himnləri səsləndirilib. Turnirdə TÜSİAB cəmiyyətinin üzvü olan 12 şirkətin komandaları hər qrupda 6 komanda olmaqla iki qrupda mübarizə aparırıblar. AFFA-nın hakimlər briqadası tərəfindən idarə edilən turnirin A qrupunda "Zaman Azərbaycan", "Makro 2000", "AVİS Tibbi Marketlər", "T.C Bakü Büyükelçiliyi", "SASEL ELEK. MEK" və "Aksesuar İnşaat" komandalari mübarizə aparırdılar. B qrupunda isə "HB Güvən Klinik", "Mr. Fix"/"Kartaş" LTD MMC, "Buta Sığorta", "Estetik Diş", "Elif Restorant" və "Sirab" yer almisdilar. Final mərhələsində A qrupundan "Makro 2000" komandası və B qrupundan  "Mr. Fix"/"Kartaş" LTD MMC komandası qarşı-qarşıya gəliblər. Final oyunu 11:5 hesabı ilə Makro 2000-in xeyrinə başa çatıb və komanda TÜSİAB X Mini futzal turnirinin qalibi olub. 3-cü yeri isə "Zaman-Azerbaycan" tutub. Makro 2000 komandasınının oyunçularına  TÜSİAB X Mini Futzal Turnirinin birincisi olması münasibəti ilə qalibiyyət kubokunu və qiymetli hədiyyələrini teqdim eden Türkiyənin Azərbaycandaki səfiri Alpər Coşqun maraqlı oyun nümayiş etdirdikləri üçün komandanın bütün üzvlərini təbrik edib, uğrular arzulayıb. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31