“Barselona”nın Messi açıqlaması

Lionel Messi İspaniya La Liqasının 19-cu turu çərçivəsində “Atletiko Madrid” komandası ilə həlledici matçda oynamaq istədiyini bildirib

"Futbol karyeramı İspaniyanın "Barselona" futbol klubunda başa vuracam". ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu informasiyanı yenidən yaşıl meydanlara qayıdan Lionel Messi bildirib. "Mən müalicə olunmaq üçün doğma vətənim Argentina getmişdim, İspaniyaya bu ilin əvvəlində qayıtdım. Yenə də bəyan edirəm ki, mən öz karyeramı "Barselona"da bitirəcəm", - deyə Lionel Messi bildirib.
Lionel Messi dünən İspaniya Kubokunun 1/8 finalında doğma Barselona şəhərində "Xetafe" ilə oyunda dubl edərək komandasına qələbə qazandırıb.
Qeyd edək ki, İspaniya La Liqasının 19-cu turu çərçivəsində "Barselona" onunla eyni 49 xala malik olan "Atletiko Madrid" komandası ilə həlledici oyuna çıxacaq. Messi bu oyunla bağlı bildirib ki, onun görüşə çıxması üçün komandanın baş məşqçisi Martino və həkim heyəti ilə söhbət edəcək. Məşhur futbolçu həmin matçda oynamaq istədiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31